Şəki və Balakəndə külli miqdarda narkotik yandırılıb

AZADİNFORM. Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan başqa, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

12.06.2018 11:17 / Baxılıb: 217 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo