FHN Qaradağdakı qəza ilə bağlı məlumat yayıb (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş yol qəzası haqqında məlumat yayıb. 

FHN-dən Azadinform-a verilən məlumatda görə, Bakının Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

10:38


Bakıda ağır yol qəzası olub. Apa-nın məlumatına görə, paytaxtın Qaradağ rayonu ərazisində, Sahil yolunda “Kamaz” markalı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

12.06.2018 11:12 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo