Ağstafada 7 otaqlı ev yanıb

AZADİNFORM. Ağstafa rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, rayonun Xətai kəndində ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) 7 otaqlı evin 1-ci mərtəbəsinə yığılmış 50 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

12.06.2018 09:10 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo