Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Filippin prezidenti Rodriqo Rao Duterteyə təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə və dost Filippin xalqına ən xoş arzularımı yetirirəm”.

11.06.2018 18:25 / Baxılıb: 322 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo