Sona Vəliyevanın kitabı özbək dilində nəşr edilib

Samir Soltanov/AZADİNFORM. Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında özbək dilində nəşr edilib. 

Azadinform xəbər verir ki, kitab “İstiqlal-nuri” nəşriyyatında çap olunub. Layihənin rəhbəri və “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasov, tərtibçisi Qulu Kəngərlidir. Kitabı orijinaldan özbək dilinə tanınmış tərcüməçi Şəhla Qasımova çevirib. 

“Ön söz”də qeyd edilir ki, məhsətilər, natəvanlar yetişdirən Azərbaycan xalqı XX əsrdə bir sıra tanınmış şair və yazıçıları ilə də öyünür. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökümə Bülluri, Əzizə Əhmədova və digər ədiblərin əsərləri ədəbiyyatımızın zəngin xəzinəsinə aiddir. Müasir dövrdə Azərbaycan ədəbiyyatında öz dəst-xətti, qələmi ilə seçilən şairlərdən biri də Sona Vəliyevadır. Bu kitabın özbək poeziyasevərlərinə bir töhfə olduğu bildirilir. Kitabda Vətən, Azərbaycan, Qarabağ, təbiət və məhəbbət mövzularında şeirlər yer alıb.

11.06.2018 17:19 / Baxılıb: 226 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo