Ərdoğanla mübahisədən nifrət edirəm

Samir Soltanov/AZADİNFORM. Ağ Ev milli təhlükəsizlik müşavirinin sabiq müavini Ben Rhodes “Olduğu kimi dünya” kitabında ABŞ-ın sabiq prezidenti Barak Obama və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan dialoqa yer ayırıb. 

Azadinform xəbər verir ki, 2011-ci ildə BMT-nin toplantısında baş tutan görüşdə Ərdoğan Obamaya çətin anlar yaşadıb. Kitabda yazılanlara görə, 2011-ci ildə Obamanın BMT-dəki gündəliyində Fələstin mövzusu da vardı: “Ərdoğan ikili görüş əsasında Obamanın Fələstin haqqında söylədiklərini ona oxuyaraq gülümsəyib. Türkiyə lideri məsələləri dərinliyinə kimi araşdıraraq müzakirə etməyi sevirdi. Obama BMT toplantısında fələstinlilərin müdafiə edilməsini düzgün saymayıb. ABŞ-ın sabiq lideri məsələni İsraillə müzakirə edilməli olduğunu vurğulayıb. Məsələ ilə bağlı Cənubi Sudanı nümunə göstərib. Bunun əvəzində isə Türkiyə prezidenti bildirib ki, “Cənubi Sudan üçün Şimalın sanksiyalara uğraması vacib idi. Eynisini İsrail üçün də təklif edirsən?” sualına Obama cavab verə bilməyib. Ərdoğana cavab verə bilməyən Obama bildirib ki, bu adamla mübahisə etməkdən nifrət edirəm”. 

11.06.2018 15:47 / Baxılıb: 253 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo