Diriliş Ertuğrulun Almıla hatunu Azərbaycan mahnısı oxudu - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. Türkiyənin TRT 1 televiziya kanalında yayımlanan Diriliş “Ertuğrul” serialında Almıla obrazını canlandıran Könül Nağıyeva Azərbaycan mahnısı olan “Küçələrə su səpmişəm”i oxuyub.

Azadinform-un Facebook-da 6 milyon izləyicisi olan “Yook artık” səhifəsinin canlı yayımında qonaq olan məşhur aktrisa heyranları tərəfindən sual atəşinə tutulub. Ötən həftə mövsüm finalı olan Diriliş “Ertuğrul”da Almıla obrazıyla diqqət çəkən istedadlı aktrisa bütün suallara bir-bir cavab verib. O, həm sözü gedən serialdakı rolu, həm karyerası, həm də şəxsi həyatına aid çox sayda suala əhatəli şəkildə cavab verib. Fanatlarından biri isə aktrisadan mahnı oxumasını istəyib. Heyranını qəlbini qırmayan G. Nağıyeva Azərbaycanın məşhur mahnısı “Küçələrə su səpmişəm”i oxuyub. 

Qeyd edək ki, canlı yayımı təxminən 1 milyon tamaşaçı izləyib.

Xatırladaq ki, həmin canlı yayımı aşağıdakı linkdən izləyə bilərsiniz:

 

 

https://www.facebook.com/yookartik/videos/1202880016529672/UzpfSTE3MjQ3Mjc1NTM6MTAyMDQ0NzAxNzE5MTA3MjA/

 

11.06.2018 14:57 / Baxılıb: 1490 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo