Yasamalda silahlı insident baş verib

AZADİNFORM. Yasamalda silahlı insident baş verib.

DİN-dən Azadinform-a verilən məlumata görə, iyunun 8-də rayon ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib. Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub və hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.

11.06.2018 13:55 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo