Avstriya Avropanın gələcəyi üçün fitili çəkilmiş bombadır

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelik Avstriyanın Baş naziri Sebastian Kruzun ölkədə bəzi məscidlərin bağlanması ilə bağlı qərarına sərt reaksiya verib. 

Azadinform xəbər verir ki, Ö. Çelik Avstriyanın Avropanın gələcəyi üçün fitili çəkilmiş bomba olduğunu bildirib: “Baş nazir Avropada çox ciddiyə alınan biri deyil. Avstriya hökuməti, baş naziri İslam düşmənçiliyinin, irqçiliyin təmsilçisi kimi tanınır. Hər hansı bir məsciddə yanlış bir iş görülərsə, bu asanlıqla dialoq üsulu ilə həll edilə bilər. Avropada türklərin getdiyi məscidlərdə radikalizmlə bağlı prosesləri görə bilməzlər”. 

Ö. Çelik qeyd edib ki, Avstriya anti-semitizimə oxşar şəkildə İslam düşmənçiliyi yaradır: “Önümüzdəki dövrdə Avropa üçün çox narahatam. Avstriyanın indiki hakimiyyətini yox sayırıq. Avropa İttifaqı dəyərlərini sahiblənəcək bir hökumət görmürük. Bir tərəfdən münasibətlərin normallaşmasından bəhs edirlər, digər tərəfdən isə Türkiyənin Aİ-yə üzvlüyünü tənqid edirlər. Türkiyə-Avstriya əlaqələri bir paketdir. Öz işlərinə sərf eləyəni tərifləyib, sərf eləməyəni tənqid etsələr paketin bütün üzvləri bundan təsirlənəcək. Avstriya hökuməti bütün Avropanı zəhərləməkdədir. İşlərin qatı şəkildə anormallaşdığı bir Qərb dünyası ilə qarşı-qarşıyayıq. Orta şərq üçün İŞİD nədirsə, Qərb üçün bu İslam düşmənləri odur”. 

11.06.2018 13:16 / Baxılıb: 436 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo