Merkel: Trampa qarşı indidən tədbirlər görülüb

Samir Soltanov/AZADİNFORM. “ABŞ-ın Avropa ölkələrindən idxal etdiyi polad və alüminiumundan başqa Almaniya avtomobillərinə də yüksək tariflər tətbiq etməsi bu ölkəyə qarşı genişmiqyaslı tədbirlər aparılmasına zərurət yaradıb”. 

Azadinform xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib. O qeyd edib ki, digər Avropa ölkələrini də ətrafımıza çəkməyə çalışacağıq: “Trampla görüşləri davam etdirəcəyik. İnanıram ki,  Brüsseldəki NATO toplantısında onunla görüşməyə fürsətim olacaq”.

Kansler bildirib ki, ABŞ prezidentinə qarşı indidən tədbirlər görülüb: “Heç bir şey etməmək tamamilə şantaja boyun əydiyimiz şəklində fikir formalaşması riskini daşıyır. Buna görə də, ABŞ-a qarşı lazım olan tədbirlər hesablanıb”.  

Avropa ölkələrinin taleyini daha möhkəm bir şəkildə öz əllərində saxlamağın vacibliyini vurğulayan Merkel qeyd edib ki, hər ölkə öz başına hərəkət edərək ABŞ, Çin və ya digər bir ölkə ilə razılaşmağa çalışsa, bu Avropanın dağılacağından xəbər verir. 

11.06.2018 12:22 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo