Saatlıda 24 nəfər kimyəvi maddədən zəhərlənib

Adəm Abbaslı/AZADİNFORM. Saatlıda pambıq sahəsində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

Azadinform xəbər verir ki, ötən gecə hadisə ilə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

11.06.2018 09:25 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo