Neftçala və Göyçayda yanğın olub

AZADİNFORM. Neftçala və Göyçayda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən xəbərə görə,  Neftçala rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunda isə ümumi sahəsi 50 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

11.06.2018 09:05 / Baxılıb: 226 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo