Dima Bilan xəstəliyə yoluxub

Rusiyalı müğənni Dima Bilan son iki həftədir sətəlcəm xəstəliyinə yoluxduğunu bildirib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.

"Uşaqlar, mən bir az xəstələnmişəm, daha doğrusu, sətəlcəmdən qurtula bilmirəm. Demək olar ki, iki həftə şiddətli simptomlarla sinəm ağradı – bu, dörd-beş dərəcə temperatur altında iki openeyrdən sonra, daima ayaqda və səhnədə çıxışlardan sonra başladı", - deyə Bilan bildirib.

Xəstəliklə əlaqədar olaraq müğənninin iyunun 10-da Latviyanın Dauqavpils şəhərində keçirilməli olan konserti təxirə salınıb.

10.06.2018 12:32 / Baxılıb: 377 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo