G7 ölkələri yekun kommunikeni razılaşdırıblar

G7 ölkələri sammitin yekun kommunikesini razılaşdırıblar.

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Castin Trüdo bildirib.  

“Məmnuniyyətlə bildirirəm ki, yeddi ölkə tərəfindən razılaşdırılmış yekun kommunike tərəfimizdən qəbul edilib”, deyə Trüdo Kvebek sammitinin yekunlarını şərh edərkən bildirib.

Kanadanın baş naziri Kvebek görüşünü uğurlu adlandırıb.  Onun sözlərinə görə, G-7 ölkələri böhranlı ölkələrdə qadınların təhsilinə 4 mlrd. dollaradək vəsaitin ayrılmasına dair razılığa gəliblər.

Qeyd edək ki, gender bərabərliyi G-7-də Kanada sədrliyinin əsas mövzularından biri olub.   

Fransa prezidenti Emmanuel Makron və Castin Trüdo bundan əvvəl ABŞ prezidenti Donald Trampın bəzi məsələlər üzrə güzəştə getməyəcəyi təqdirdə yekun kommunikeni imzalamayacaqlarına dair xəbərdarlıq etmişdilər.  

10.06.2018 10:07 / Baxılıb: 290 / Çap
 
    Bu bölmədə
    22.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo