Bu gün sonuncu sınaq imtahanı keçirilir

AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 12 şəhər və rayonda sonuncu sınaq imtahanları keçirir.

DİM-dən Azadinform-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda, ümumilikdə 26 binada təşkil olunacaq. 

İmtahanda iştirak etmək üçün 5252 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

10.06.2018 09:53 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo