Digər torpaqlarımız da bu cür azad ediləcək- Azay Quliyev

“Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi Lələ təpədən başlanan təmizləmə əməliyyatının uğurlu davamıdır”. 

Azadinform xəbər verir ki, bu sözləri Prezident yanında QHT-lərə Dəstək Şurasının sədri, millət vəkili Azay Quliyev Twitter hesabında yazıb. 

“Düşmən bilməlidir ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman əsgərinin iradəsi ilə işğal altında olan torpaqlar bu cür azad ediləcək”- deyə Azay Quliyev əlavə edib. 

Millət vəkili fikirlərini “Seçim Ermənistanındır…” sözləri ilə tamamlayıb.

9.06.2018 16:05 / Baxılıb: 254 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo