Sabahın hava proqnozu açıqlandı

AZADİNFORM. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 24-28° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeronun şimal çimərliklərində çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək. 

9.06.2018 14:07 / Baxılıb: 270 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo