"Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq".

"Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq".

Məlumata görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul-ilarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əliyev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".

Sabitliyin önəmini vurğulayan Yan Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil: "Çox şadıq ki, Alyansımız da Azərbaycanla sıx əməkdaşlıq edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizimlə sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmyaraq, Azərbaycanın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir". (apa)

9.06.2018 10:15 / Baxılıb: 297 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo