İrandan Azərbaycana nazir gələcək

Adəm Abbaslı/AZADİNFORM. İranın mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehi iyunun 27-də Azərbaycana səfər edəcək.

Azadinform xəbər verir ki, nazir iyunun 27-dən iyulun 1-dək Bakıda İran Mədəniyyəti Həftəsinin keçirilməsi ilə əlaqədar mərasimdə iştirak edəcək. Həmçinin Seyid Abbas Salehinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Mədəniyyət günlərində İranın Hormozqan vilayətindən teatr qrupu, Buşehrdən Liyan ənənəvi musiqi qrupu da iştirak edəcək.

İranın mədəniyyət və islam irşad naziri Azərbaycana böyük nümayəndə heyəti ilə gələcək. Nümayəndə heyətinə İranın mədəniyyət xadimləri, tanınmış kinoaktyorları və yazıçıları daxildir.

8.06.2018 11:54 / Baxılıb: 288 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo