Marsda həyat ola bilər - Yeni maddələr tapılıb

Samir Soltanov/AZADİNFORM. NASA Marsdan götürülən nümunələrdə həyatın olmasını göstərən maddələrə rast gəlib. 

Azadinform xəbər verir ki, alimlər Marsda 2012-ci ildən bu yana araşdırmalar aparan Curiosity aparatı tərəfindən təxminən 3,5 milyard illik qayalıqda həyatın olduğunu göstərən maddələrin tapıldığını açıqladı. Məlumata görə, Marsda olan bu maddələrin qədim bir həyatla bağlı olduğu, bir qida qaynağı olaraq qiymətləndirilə bilər.  

Digər tərəfdən, Curiosity aparatı Marsın atmosferindəki metanı ölçmək üçün lazer spektrometrdən istifadə edib.

Qeyd edək ki, Marsda bir zamanlar mikroorqanizmlərin olduğu, hətta hələ də mövcud olması ilə bağlı yüksək ehtimal olduğu üçün araşdırmalar davam etdirilir. Belə olduqda, yeni tapıntıların Qırmızı planetdə keçmişdə və ya hal-hazırda bir həyatın var olduğuna dair şübhələri artırır.

8.06.2018 10:48 / Baxılıb: 277 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo