Dünyanın ən pis və ən yaxşı hava limanlarının adları açıqlanıb

Sərnişinlərə reyslər gecikdiyi təqdirdə təzminat almaqda yardım edən "AirHelp" şirkətinin ekspertləri xidmət keyfiyyəti, uçuşların müasirliyi və sərnişinlərin qiymətləri əsasında hava limanlarının reytinqini tərtib ediblər.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, siyahıda sonuncu 141-ci yeri cəmi 5,4 bal toplayan Küveyt aeroportu tutub.

Ən pis hava limanları üçlüyünə Londonun Stansted (5,53) və Lionun Sent-Ekzüperi aeroportu (5,78) daxil olub.

Qətərin paytaxtı Dohada yerləşən Hamad hava limanı 8,77 bal ilə reytinqdə birinci yeri tutub. İkinci yerdə 8,69 balla Afinanın Elefterios Venizelos adına beynəlxalq aeroportu, üçüncü yerdə isə Tokio aerovağzalı (8,63) qərarlaşıb.

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı siyahıda yoxdur. Moskvanın Şeremetyevo hava limanı 15-ci olub.

7.06.2018 23:48 / Baxılıb: 682 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo