Kaya sevgilisi ilə ad günü qeyd etdi

Kaya Çilingiroğlunun sevgilisi Seda Sevinin 37 yaşı tamam olub. 

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, Sevin özəl gününü Kaya ilə birlikdə qeyd edib. 

Seda sevgilisi ilə fotosunu sosial şəbəkədə paylaşaraq "Nə yaxşı ki, doğuldum" şərhini yazıb.

Qeyd edək ki, Çilingiroğlu və aktrisa Sevinin sevgi macərası ötən ilin sentyabrından başlayıb. O, sevgilisini qızı Zəhra və oğlu Hüseyn Kaya ilə də tanış edib. 

Kaya dostlarına "Sedanı çox sevirəm. Hər an onunla evlənərək sürpriz edə bilərəm" deyib.

7.06.2018 21:46 / Baxılıb: 296 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo