Türk dilində yazılmış ilk İsgəndərnamə Azərbaycana gətirildi

AZADİNFORM. Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib.

İnstitutdan Azadinform-a verilən məlumata görə, şair əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib. Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir. Əhmədi Osmanlı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir.

7.06.2018 11:30 / Baxılıb: 356 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo