Səbaildə Puşkinin anadan olmasının 219-cu ildönümü qeyd edilib

Adəm Abbaslı/AZADİNFORM. Səbaildə Puşkinin anadan olmasının 219-cu ildönümü qeyd edilib.

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb. Səbail RİH-dən Azadinform-a verilən məlumata görə, ilk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyulub.

Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, “Sodrujestvo” cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova açıb, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb. 

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri   Artyom Brkov, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən  sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səslənmiş, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

6.06.2018 12:10 / Baxılıb: 325 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.10.2018
21.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo