Məqsədi unikallaşmaq olan "Unikal" 8 ili tamamladı

Adəm Abbaslı/AZADİNFORM. Bu gün "Unikal” qəzeti və "Unikal.org” internet portalının fəaliyyətə başlamasından 8 il ötür.

Azadinform-un xəbərinə görə, bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib. Uzun illər "Unikal" qəzeti yazılı mətbuat sırasında öz dəstixətti ilə seçilib. Son illər isə Unikal.org saytı elektron media qurumları arasında özünəməxsus yer tutaraq ön sıraya şıxa bilib.

Dörd ildən çoxdur ki, ”Unikal” qəzeti KİVDF-dən maliyyələşir və layihə icra edir. Gündəlik olaraq nəşr olunan qəzet və "Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. 8 yaşlı Unikal.org son illər özəl xəbərləri, gözlənilməz personalardan açıqlamaları ilə seçilib.

"Unikal.org"a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 150-dən çox xəbər yayımlanır.

"Unikal” qəzeti və "Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir. Son illər bu saytın oxucuları da kifayət qədər artıb və sosial şəbəkələrdə də böyük izləyici kütləsi toplayıb.

Azadinform "Unikal"ın bütün əməkdaşlarını təbrik edir və bundan sonra da dünyadan xəbərsiz qalmamağı arzulayır!

6.06.2018 11:00 / Baxılıb: 1310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo