Mənim üçün 100 dollardan mərcə girmişdi

Türkiyəli müğənni Nükhet Duru qonaq olduğu verilişlərdən birində şəxsi həyatı haqqında açıqlamalar verib.

Azadinform xarici KİV-ə istinadən məlumat verir ki, müğənni birinci həyat yoldaşının onun üçün 100 dollardan mərcə girdiyini deyib:

“İlk həyat yoldaşım mənə oyuncaq avtomobildə gül göndərmişdi. Həmin vaxt başqa biri həqiqətən içi güllərlə dolu böyük yük maşınını evimə göndərmişdi. Dostları ona demişdi ki, boş yerə gözləmə sənə zəng etməz. O da 100 dollardan mərcə girmişdi ki, zəng edəcək. Mən də mərc söhbətini eşidəndə əsəbləşdim. Amma evlilik təklifini qəbul etdim. İşləməyimə icazə vermədi. Amma indi işləməyimə qarışmayan, məni motivasiya edə biləcək birinə ehtiyacım var. Özümə çox yaxşı baxıram. 7 kiloqram arıqlamışam”.

Özəl həyatı ilə bağlı açıqlamalara davam edən müğənni ana və atası barədə də danışıb:

“Anam və atam mənim 11 yaşım olanda boşandılar. İntihar etmək istədim amma qonşular həyatımı xilas etdi”. 

28.05.2018 17:57 / Baxılıb: 346 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo