Səudiyyə Almaniya ilə əlaqələri dondurdu

Səudiyyə Ərəbistanı Almaniyanın Yaxın Şərq siyasətinə etiraz əlaməti olaraq alman şirkətləri ilə münasibətləri dondurmaq və bundan sonra sifariş verməmək qərarı qəbul edib.

Azadinform xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazıb.

Nəşrin məlumatına görə, vəliəhd artıq bu barədə hökumətə lazımi göstərişləri verib. Ər-Riyadın bu qərarının "Simens", "Bayer" və "Boehringer" kimi şirkətlərə təsir göstərəcəyi bildirilir.

Ər-Riyad və Ciddədə ictimai nəqliyyat xidməti üçün yüzlərlə "Mersedes" markalı avtobus sifarişi alan Almaniyanın avtomobil şirkəti "Daimler"in də qərardan zərər görəcək şirkətlər sırasında olduğu qeyd olunub.

27.05.2018 17:43 / Baxılıb: 303 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo