Fransa-Azərbaycan Komissiyası yaradılacaq

AZADİNFORM. Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün komissiya yaradılacaq.

 

Azadinform-un xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatda bildirib.

Fransalı nazir deyib ki, iki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var: "Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın.  Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir".

27.05.2018 14:58 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo