Səudiyyə Ərəbistanının 6 əsgəri Yəmənlə sərhəddə həlak olub

Səudiyyə Ərəbistanının 6 əsgəri Yəmənlə sərhəddə həlak olub.

Azadinform "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi "SPA" agentliyi məlumat yayıb.

Məlumata görə, əsgərlərdən ikisi sərhəddəki Cazan, biri Necran ərazisində, digəri isə Hurres bölgəsində həlak olub. Digər iki əsgərin hansı ərazidə həlak olması barədə məlumat verilmir.

Xəbərdə əsgərlərin ölüm səbəbi və zamanı barədə də məlumat verilməyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin 26 martından Yəməndə hakimiyyəti ələ keçirməyə çalışan husilərə qarşı hərbi əməliyyatlar keçirir. 

27.05.2018 12:46 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo