ÇL-in 2017/18-ci illər mövsümünün ən yaxşı bombardiri məlum oldu

Madridin "Real" komadasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.

Azadinform xəbər verir ki, portuqaliyalı futbolçu 13 oyunda 15 qol vurub (4-ü penaltidən) və 3 məhsuldar ötürmə edib.

İkinci yeri İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Məhəmməd Salah tutub. O, 15 oyuna 11 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada "Liverpul"un hücumçusu Roberto Firmino (11) başa vurub.

Dördüncü yeri də mersisaydların daha bir təmsilçisi olan Sadio Maneyə məxsusdur. Forvard ampulasında çıxış edən futbolçunun hesabında 10 qol var.

27.05.2018 12:32 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo