Misirdə "YouTube" videoservisi bloklandı

Misirin Ali İnzibati Məhkəməsi "YouTube" videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.

Azadinform xəbər verir ki, bu barədə "Al-Ahram" məhkəmə qərarına istinadən məlumat yayıb.

Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının "YouTube" videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.

27.05.2018 10:45 / Baxılıb: 242 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo