Albaniyada minlərlə insan etiraz aksiyası keçirib

Albaniyada minlərlə insan ölkənin baş nazirinin istefası tələbilə küçələrə çıxıb.

Azadinform-un məlumatına görə, bu barədə "ABC" xəbər verib.

Xəbərdə bildirilir ki, müxalifətin minlərlə tərəfdarı paytaxt Tiranada etiraz aksiyası keçirib. Onlar baş nazir Edi Ramın fəaliyyətindən narazılıq edərək, onu istefaya çağırıblar. Nümayişçilər baş naziri cinayətkar qruplaşması ilə əlaqədə ittiham ediblər.

Aksiya zamanı polislə toqquşmalar baş verib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar – butılkalar atıblar. Toqquşmalar zamanı nümayişçiləri hökumət binasına daxil olmasının qarşısını alan 11 polis əməkdaşı xəsarət alıb.  

27.05.2018 10:07 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo