Azərbaycan millisi Bolqarıstana məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

Azadinform-un məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.

Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib. Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran Bolqarıstan yığması A qrupunda liderliyə yüksəlib. 6 xalı olan Azərbaycan 2-cidir.

Qrupun digər görüşündə hələlik xalı olmayan Portuqaliya və Ukrayna yığmaları üz-üzə gələcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

Qızıl Avropa Liqası

A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı.

Qeyd edək ki, ilk 2 turda Azərbaycan Ukrayna və Portuqaliyaya eyni hesabla qalib gəlib - 3:1.

26.05.2018 21:05 / Baxılıb: 262 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo