Ərdoğan: Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək

Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib: “Sizə bir müjdəm var. Rusiyadan "Mavi axın" və "Qərb" xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı Rusiya ilə razılığa gəldik. Bu səbəbdən ölkəmizə 1 milyard dollar təzminat ödəyəcək”.

26.05.2018 20:32 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo