Şirvanda 62 yaşlı müəllimə itkin düşüb

Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. (report)

26.05.2018 20:11 / Baxılıb: 392 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo