Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları açıqlanıb.

Azadinform-un Peşəkar Futbol Liqasının aytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək. 

28 may (bazar ertəsi)

Azərbaycan Kubokunun finalı

“Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi : Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu, 20:00

26.05.2018 19:06 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo