Azərbaycan içki ixracını iki dəfə azaldıb

AZADİNFORM. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 739,01 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 855,12 min dollar və yaxud 50,76% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 19 286,09 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% çoxdur.

Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub.

26.05.2018 17:46 / Baxılıb: 326 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo