Azərbaycan tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

AZADİNFORM. Bu ilin yanvar-aprel aylarında Azərbaycana 34 928,16 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 10 147,23 min dollar, yaxud 22,51% azdır.

Nəticədə ilin ilk 4 ayı ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,15%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 984,40 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 1 021,85 min dollar, yaxud 20,31% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,15%-nə bərabər olub.

26.05.2018 17:05 / Baxılıb: 305 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo