"Euronews" Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb - Video

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir.  Bununla bağlı Büro Avropanın Euronews Telekanalı ilə əməkdaşlıq edərək “Destination” proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub. 

Azadinform bildirir ki, verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda  məlumat,  həmçinin iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.

Azərbaycan Konqreslər  Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə  turizm axınının artması üçün  bu cür  tanıtım və təbliğat  materialları  təşkil etməkdə davam edəcəkdir.

26.05.2018 16:14 / Baxılıb: 1198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo