Traktor kanala aşdı, sürücü öldü

AZADİNFORM. Qusar rayonunda traktor kanala aşıb, sürücü boğularaq ölüb. 

Bu barədə Azadinform-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Mayın 25-də saat 18 radələrində Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini Dəyanət Nəbiyev idarə etdiyi “T-25” markalı traktoru Samur-Abşeron kanalına aşırıb və nəticədə suda boğulub.

Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.

26.05.2018 14:56 / Baxılıb: 310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo