Müəllimlərin biliyi növbəti dəfə yoxlanılır

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb. 

Azadinform xəbər verir ki, qiymətləndirmə Texniki Universitetinin idman zalında keçirilir. 

Qeyd edək ki, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah keçiriləcək. 

Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyunda baş tutacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. 

Diaqnostik qiymətləndirmədə ölkənin ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək.

26.05.2018 13:06 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo