Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin keçiriləcəyi vaxtı açıqlayıb

Samir Soltanov/AZADİNFORM. Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçiriləcəyi vaxtı açıqlayıb. 

Qurumdan Azadinform-a verilən məlumata görə, Prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 8 iyun 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək. 

İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər. 
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı 4 və 5 iyun 2018-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. 
İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

26.05.2018 11:40 / Baxılıb: 249 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo