Bakı Şopinq Festivalı ailəvi alış-verişin və əyləncənin ünvanı

Samir Soltanov/AZADİNFORM. Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və bol hədiyyəli ailəvi alış-veriş imkanı yaradır. 

Azadinform xəbər verir ki, Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın, kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax Free” xidmətindən yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala bilərsiniz. 
Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat 13:00-dan 20:00-a qədər Gənclik Mall-da Uğur Çarxı, Park Bulvarda Şopomaniya interaktiv oyununda xallar toplayaraq müxtəlif hədiyyələr əldə edə bilərsiniz. 
Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi olan mağazalardan 100 AZN-dən çox, sadələşdirilmiş vergi ödəyicisi iştirakçılardan isə 50 AZN-lik alış-veriş etdikdə festivalın onlayn lotereyasında iştirak hüququ qazanırsınız. Lotereyada hər bir iştirakçının iki dəfə uduş əldə etmək şansı var. Festivalın rəsmi saytında yerləşən http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində qeydiyyatdan keçərkən ilk mərhələ aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız məlum olur. Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı olmayaraq mayın 31-də keçiriləcək tirajlı lotereyada iştirak edəcəksiniz. Tirajlı lotereya zamanı baş sponsor Nurgun Motors-dan Nissan Sunny, festivalın digər sponsorları – Baku Electornics, Bravo hipermarketi və Park Bulvardan soyuducu, paltaryuyan maşın, tozsoran, televizor və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz. 
Festivalın bitməyə 5 gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın! 
Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək. 
Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

26.05.2018 11:22 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo