Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb

Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb. 

Məlumata görə, Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb. 

O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq “İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masaya da qatılacaq. 

O. Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq. (apa)

26.05.2018 10:30 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo