Avropa İttifaqı iki ada dövlətini offşorların "qara siyahı"sından çıxarıb

Avropa İttifaqı iki ada dövlətini - Baham adaları və Sent-Kits və Nevisi maliyyə şəffaflığının təmin edilməsi və vergi cinayətlərinə qarşı mübarizə üçün lazımi tədbirlər görməyən offşorların "qara siyahı"sından çıxarıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis bu barədə qərarın bu gün Aİ-nin İqtisadiyyat və Maliyyə Şurasının iclasında qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, bu dövlətlər "qara siyahı"dan çıxarılsa da, onlara nəzarət azalmayacaq və vergidən yayınma barədə məlumat mübadiləsi sahəsində öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə onlar yenidən "qara siyahı"ya salınacaqlar.

Qeyd edək ki, bu addımdan sonra Aİ-nin "qara siyahı"sında yeddi dövlət və ərazi qalıb. Bunlar Amerika Samoası, Quam, Namibiya, Palau, Samoa, Trinidad və Tobaqo, ABŞ Vircin adalarıdır.

25.05.2018 20:54 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo