ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir.

Azadinform xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki, təxminən, 30 daimi nümayəndəsi səfər edəcək. Q.İsrafilov eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətində iştirakına qarşı çıxır.

Səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.

25.05.2018 19:45 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo