Macarıstan və Kuba liderləri İlham Əliyevə məktub göndərib

Samir Soltanov/AZADİNFORM. Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan dövlət başçısı İlham Əliyevi təbrik edib. 

Azadinform xəbər verir ki, təbrikdə bildirilir: “Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim. 

Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir. 

Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Bundan başqa, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes də Azərbaycan Prezidentini təbrik edib: “Cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram. Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

25.05.2018 18:30 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo