Qida Təhlükəsizliyi Agentliyi monitorinq keçirib

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqləri çərçivəsində 24-25 may tarixlərində bir sıra ictimai iaşə obyektlərində monitorinqlər həyata keçirib. 

Agentlikdən Azadinform-a verilən məlumata görə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlərdə Agentlik əməkdaşları  “Azərbaycan Supermarket”,“Azərbaycan Restaurants” və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olub. 

Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin  bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı ictimai iaşə müəssisələrinin əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.

25.05.2018 18:20 / Baxılıb: 1318 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo