Gənclərin Azərbaycan həqiqətlərinin tanıdılmasında sosial mediadakı fəallığı müzakirə edilib

Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyəti: gənclərin Azərbaycan həqiqətlərinin tanıdılmasında sosial mediada fəallığı" adlı tədbir keçirib. 

Azadinform xəbər verir ki, Etika Akademiyasında baş tutmuş tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini əls etdirən videoçarx nümayiş etdirildi. Daha sonra tədbiri giriş sözü ilə açan AGAT sədri Lalə Mehdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində ən şanlı səhifələrdən olduğunu bildirdi. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu xatırladan AGAT sədri bildirdi ki, 23 ay yaşamasına baxmayaraq, müsəlman Şərqində ilk demokratik ölkə olan AXC xalqımızın milli oyanaşının nəticəsində meydana gəldi. Onun sözlərinə görə, bugün AXC ənənələrini davam etdirən müstəqil Azərbaycan dövlətinin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib. 

“Bu günki gənclik xoşbəxtdir ki, müstəqil Azərbaycanın vətəndaşlarıdır. Gəncliyimiz sevindirici haldır ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində müxtəlif tədbirərdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin və nailiyyətlərinin yayılmasında mühüm rol oynayır. Bu xüsusilə sosial mediada, virtual aləmdə özünü göstərir". - deyə AGAT sədri Lalə Mehdiyeva əlavə etdi. "Xalq qəzeti"nin əməkdaşı, sosial media üzrə ekspert Əfsanə Bayramqızı müasir dövrdə informasiya texnologiyalarının inkişafının nəticəsi kimi sosial medianın, virtual aləmin gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini vurğuladı. O qeyd etdi ki, sosial şəbəkələr artıq informasiya siyasətində, eləcə də insanların operativ məlumat əldə etməsində, ictimai rəyin formalaşmasında müəyyən rol oynayır. Müxtəlif sosial şəbəkələrin, xüsusilə də "facebook" və "twitter"in gənclər arasında populyar olduğunu qeyd edən Əfsanə Bayramqızı dünya informasiya sferasında "twitter" sosial platformasının üstünlüklərindən danışdı. O qeyd etdi ki, məhz gənc azərbaycanlı istifadəçilərin fəallığı nəticəsində Azərbaycanın nailiyyətləri, ölkədə baş verən ən mühüm yeniliklər, xüsusilə də Qarabağla bağlı həqiqətlər dünyaya çatdırılır. O, sonda gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məlumatların müxtəlif dillərdə sosial mediada ən yüksək səviyyədə yayılmasına çağırdı. Diaspor..... təşkilatının sədri Fuad Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin hər bir azərbaycanlı üçün qürurverici hadisə olduğunu bildirdi və qeyd etdi ki, ADR-in yaradılması ilə Azərbaycan xalqı bütün dünyaya dünyəvi demokratik dövlətçiliyini ortaya qoydu və öz müstəqilliyini beynəlxalq ictimaiyyətə bəyan etdi. Onun sözlərinə görə, AXC-nin yüz illiyi həm də dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımız üçün ən mühüm əlamətdar hadisədir. 28 May günü soydaşlarımızı milli həmrəylik, dövlətçiliyə sevgi duyğuları birləşdirir. Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası barədə geniş məlumat verən Fuad Hüseynzadə bildirdi ki, bu kampaniya çərçivəsində müxtəlif ölkələrdə yaşayan diaspor fəalları, həmvətənlərimiz Azərbaycan xalqını AXC-nin 100 illiyi münasibəti ilə videoçarx vasitəsilə təbrik etmişlər. Onun sözlərinə görə, bu video təbriklər sosial mediada, eləcə də mətbuatda geniş marağa səbəb olub. 

"Bu gün sosial şəbəkə istifadəçisi olan hər bir gəncimiz həm də virtual diaspor təbliğatçısı, Azərbaycan həqiqətlərinin yayımçısıdır. Odur ki, gələcəkdə də Azərbaycan həqiqətlərinin yayılmasında gənclərin üzərinə böyük məsuliyyət və vəzifə düşür. İnanıram ki, Azərbaycan gəncləri bu etimadı doğruldacaqlar". 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

25.05.2018 17:40 / Baxılıb: 222 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.06.2018
16.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo