Bizim bəzi sənətkarlarda şərəf deyilən heç nə yoxdur

AZADİNFORM. “İbrahimbəyov filmi 2015-ci ildə çəkib buraxmışdı dövriyyəyə. O vaxt da qınaq yazıları olmuşdu. Bəs bu məsələ niyə yenidən müzakirəyə çıxdı?

Bu, əlbəttə İbrahimbəyovun dövlətə qarşı yönələn yeni fəaliyyətləri ilə bağlıdır. Son günlərdə 5-ci kalonun aktivləşməsi ciddi müşahidə qabiliyyəti və prosesləri diqqətlə izləyənlərə məlumdur. Hətta niyə fəallaşıblar o da bəllidir. Bu günlərdə bu şəbəkənin erməni qanadının rəhbəri kitabının təqdimatını keçirdi”.

Azadinform xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Bildirib ki, İbrahimbəyovun filmindən ləzzət alanlar erməni şəbəkəsinə bağlı olanlar, bir də məlumatsız olub küyə düşən, amma heç bir kənar qüvvələrə bağlı olmayan bisavad, amma müxalif yönümlü şəxslərdir: “İbrahimbəyovu alqışlayanların çoxu heç o filmə baxmayıb. Amma bilirlər ki, orada Azərbaycan xalqı aşağılanır, ermənilərin belə bir xalqla birgə yaşayışının mümkün olmaması aşılanır. Ona görə sevinirlər. Əgər erməni bizim “irikalibrli” sənətkarlarımızı (yazıçı, kinomotoqraf və s.) ələ alıb Azərbaycan xalqına qarşı işlədə bilirsə, onda iki variant ola bilər. 1-ci Erməni belə şeyə pul xərcləməyə xəsislik etmir. 2-ci bizim bəzi “sənətkar”larda şərəf deyilən heç nə yoxdur”.

25.05.2018 17:17 / Baxılıb: 266 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo